Bank Of Baku

Gürcüstanda Azərbaycan Mədəniyyət Günləri başlayıb

Gürcüstanda Azərbaycan Mədəniyyət Günləri başlayıb
# 16 iyun 2009 13:47 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstanda Azərbaycan Mədəniyyət Günləri başlayıb. APA-nın Gürcьstan bürosunun xəbərinə görə, bu münasibətlə mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin başçılıq etdiyi nümayəndə heyəti Gürcüstana gedib. Bu gün ilk olaraq Tiflisdə Rövşən Mustafayevin rus dilində çap olunmuş "Mirzə Şəfi nəğmələri" kitabının təqdimat mərasimi keçiriləcək. Axşam saat 19.00-da isə Tiflis Dövlət Opera və Balet Teatrında Azərbaycan incəsənət ustalarının qala-konserti başlayacaq. Ə. Qarayev və Gürcüstanın mədəniyyət naziri Nika Rurua hər iki tədbirdə iştirak edəcəklər.

Mədəniyyət Günləri çərçivəsində Azərbaycanın incəsənət ustaları azərbaycanlıların kompakt yaşadığı bölgələrdə - Rustavi, Bolnisi və Tiflis şəhərlərində çıxışlar edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR