Bank Of Baku

Gürcüstanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Tiflisdə konsert olub

Gürcüstanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Tiflisdə konsert olub
# 17 iyun 2009 07:13 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Tiflis şəhərində Gürcüstanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Dövlət Opera və Balet Teatrında Azərbaycan və Gürcüstan incəsənət ustalarının iştirakı ilə konsert olub. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, konserti Gürcüstan Mədəniyyət və Turizm Naziri Nika Rurua açaraq gürcü və Azərbaycan ictimaiyyətını Gürcüstanda keçirilən Azərbaycan Mədəniyyəti günləri münasibəti ilə təbrik edib və qeyd edib ki, belə mənalı tədbirlər tez-tez keçirilməlidir. Azərbaycanın Mədəniyyət və Turizm Naziri Ə. Qarayev də tədbirdə çıxış edib: "Ümid edirəm ki, bir neçə günlük səfərimiz çərçivəsində dostluğumuzun əbədi və yenilməz olduğunu tərənnüm edəcəyik və gürcü tamaşaçıları Gürcüstanda Azərbaycan Mədəniyyəti günlərindən xoş təəssüratlar əldə edəcəklər."
Konsertdə Azərbaycan Dövlət Rəqs ansamblının, Qara Qarayev adına Kamera Orkestrinin çıxışları rəğbətlə qarşılanıb. Konsertdə Vaqif Mustafazadənin mahnıları da səslənib. Konsertdə Gürcüstan diplomatik korpusunun və hökumətinin nümayəndələri, Azərbaycandan gələn rəsmi şəxslər iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR