Bank Of Baku

Azərbaycan Meyxanaçılar Birliyi yaranıb

Azərbaycan Meyxanaçılar Birliyi yaranıb
# 17 iyun 2009 11:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanda Meyxanaçılar Birliyi yaradılıb. APA-nın məlumatına görə, bu qərar Adil İsgəndərov adına Mədəniyyət Sarayında keçirilən Azərbaycan meyxanaçılarının təsis yığıncağında qəbul olunub. Yığıncaqda meyxana ustadları ilə yanaşı, gənc meyxanaçılar da iştirak edib. Yığıncaqda ustad meyxanaçılar tərəfindən Azərbaycan Meyxanaçılar Birliyinin yaradılması məsələsi qaldırılıb. Meyxanaçı Ağamirzə Məmmədov birliyin sədri, sənətşünaslıq elmləri namizədi, şoumen Qorxmaz Əlili isə sədr müavini seçilib. Birliyin qeydiyyata salınması üçün müvafiq orqanlara təqdim ediləcək sənədlər artıq hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR