Bank Of Baku

Azərbaycanda Pianoçuların Beynəlxalq Festivalı keçiriləcək

Azərbaycanda Pianoçuların Beynəlxalq Festivalı keçiriləcək
# 17 iyun 2009 13:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu ilin avqustunda Azərbaycanda Pianoçuların Beynəlxalq Festivalı keçiriləcək. Bu barədə APA-ya məlumat verən Bakı Musiqi Akademiyasının (BMA) rektoru, xalq artisti Fərhad Bədəlbəyli deyib ki, festival 13-23 avqust tarixlərində Qəbələdə baş tutacaq. BMA rektorunun bildirdiyinə görə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək festivalda Amerika, Çin, Rusiya, İsrail və digər ölkələrdən də tanınmış pianoçular iştirak edəcək. Festival çərçivəsində pianoçuların beynəlxalq müsabiqəsi də keçiriləcək. Avqustun 17-də isə xalq artisti Fərhad Bədəlbəylinin konserti təşkil olunacaq. Eyni zamanda tanınmış pianoçu Boris Berezovski də Qəbələdə solo proqramla çıxış edəcək. Festival çərçivəsində keçiriləcək müsabiqədə dünyanın bir sıra ölkələrindən gənc pianoçular iştirak edəcək və müsabiqə qalibləri xüsusi mükafatlarla təltif olunacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR