Bank Of Baku

Gürcüstanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Rustavidə konsert olub

Gürcüstanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Rustavidə konsert olub
# 18 iyun 2009 07:06 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. İyunun 17-də Tiflis Tarix Muzeyində "Müasir Azərbaycan İncəsənəti" sərgisinin açılışı olub. Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Fəxri Hacıyevin APA-ya verdiyi xəbərə görə, həmin gün Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Rustavi şəhərində də konsert baş tutub. Rustavi şəhərində "Qaya" ansamblı, Ənvər Sadıxovun rəhbərlik etdiyi instrumental ansambl və "Muğam" üçlüyü iştirak edib. Konsertdə xalq mahnılarını ifa edən müğənnilərdən Vəfa Orucova və İlkin Əhmədov tamaşaçıların rəğbətini qazanıb. Həmin gün axşam K. Marcanişvili adına Dövlət Dram Teatrında Azərbaycanın Pantamimo teatrının hazırladığı Z. Zeynalovun "Maska" tamaşası oynanılıb.
Tamaşaya baxışda Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qaraev, Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, Gürcüstanın Azərbaycandakı səfiri Nikoloz Natbiladze və digər rəsmi şəxslər iştirak ediblər.
Bu gün isə Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində konsert proqramı azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunda davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR