Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyinin Gəncədə regional kollegiya iclası keçirilib

Mədəniyyət və Turizm Nazirliyinin Gəncədə regional kollegiya iclası keçirilib
# 18 iyun 2009 13:54 (UTC +04:00)
Gəncə. Cəmşid Bəxtiyar-APA. Mədəniyyət və Turizm Nazirliyinin bu gün Gəncədə regional kollegiya iclası keçirilib. Bu gün Gəncədə Mədəniyyət və Turizm Nazirliyinin regional kollegiya iclası keçirilib. APA-nın qərb bürosunun məlumatına görə, iclasda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, kollegiya üzvləri Əlikram Əliyev, Cəmilə Səttarova, Teymur Mehdiyev, Firudin Qurbanov, nazirliyin şöbə müdirləri Gəncə şəhəri, Ağstafa, Qazax, Gədəbəy, Tovuz, Daşkəsən, Şəmkir, Göygöl və Samux rayonlarının icra başçıları, mədəniyyət və turizm idarəsi müdirləri iştirak ediblər. Kollegiya Mədəniyyət və Turizm Nazirliyinin regionlarla iş sektorunun müdiri Azər Ənvərzadənin hesabat məruzəsini dinlədikdən sonra bölgə mədəniyyət və turizm idarələri müdirlərinə söz verilib. Ayrı-ayrı mədəniyyət obyektlərinin fəaliyyətindəki qüsurlar müzakirə edilərək problemlərin həlli barədə təkliflər edilib. Daha çox qüsuru olan Qazax və Tovuz rayon tarix-diyarşünaslıq muzeylərinin müdirləri isə nazir tərəfindən töhmətlə cəzalandırılıb. Ə. Qarayev mədəniyyət və turizm idarəsi müdirlərinə fəaliyyəti qənaətbəxş hesab edilən kənd kitabxanalarının ləğv edilərək, onlara ayrılan vəsaitlərin digər obyektlərin inkişafına yönəldilməsini tövsiyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR