Bank Of Baku

Bəstəkarlar İttifaqı təşkilatın 75 illiyinə həsr olunmuş müsabiqə elan edib

Bəstəkarlar İttifaqı təşkilatın 75 illiyinə həsr olunmuş müsabiqə elan edib
# 18 iyun 2009 14:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Bəstəkarlar İttifaqı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkilatın yaranmasının 75 illiyinə həsr olunmuş böyük simfonik orkestr üçün ən yaxşı bayramsayağı konsert pyesinin və ya uvertürasının (səslənmə müddəti 7-9 dəq.) yazılması üçün müsabiqə elan edib. Bu barədə APA-ya məlumat verən Bəstəkarlar İttifaqının mətbuat katibi İltifat Hacıxanoğlu bildirib ki, müsabiqənin yeganə qalibinin adı bu il noyabrın 17-də Bəstəkarlar İttifaqının 75 illiyinə həsr olunmuş musiqi festivalının Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək yekun konsertində elan ediləcək və həmin konsertdə qalibin ilk ifası olacaq. Mətbuat katibinin sözlərinə görə, qalibə 2000 manat həcmində pul mükafatı təqdim ediləcək. Müsabiqədə 18-35 yaş həddində olan bəstəkarlar iştirak edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR