Bank Of Baku

Almaniyada Azərbaycan ilinin keçirilməsi ilə bağlı nəşr olunan kitabların təqdimat mərasimi keçirilib

Almaniyada Azərbaycan ilinin keçirilməsi ilə bağlı nəşr olunan kitabların təqdimat mərasimi keçirilib
# 22 iyun 2009 14:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Muzey Mərkəzində 2008-ci ildə Almaniyada Azərbaycan ilinin keçirilməsi ilə bağlı Almaniyada nəşr olunmuş kitabların təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, Azərbaycan mədəniyyətinin, incəsənətinin tarixinin əks olunduğu çoxsaylı kitablar alman dilində nəşr olunub. Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, kitablar Almaniyada Azərbaycan İlinin keçirilməsində tərəfdaş olan “Gabriela Mints Şirkəti” tərəfindən hazırlanıb. Ə. Vəliyev kitabların nəfis şəkildə hazırlandığın qeyd edib. O bildirib ki, həm kitab, həm də CD şəklində hazırlanan nəşrlər ə eyni zamanda bir il ərzində Azərbaycan tərəfinin təşkil etdiyi tədbirlər haqqında ətraflı məlumatların yer aldığını vurğulayıb. Kitabların təqdimat mərasimində iştirak etmək üçün Azərbaycana səfər edən “Gabriela Mints Şirkəti”nin direktoru xanım Gabriela Mints kitabların hazırlanmasında bilavasitə iştirak edən insanların çox böyük zövq aldıqlarını qeyd edib. Azərbaycan mədəniyyətinin, incəsənətinin tarixi köklərə dayandığını bildirən şirkət rəhbəri, Almaniyada keçirilən Azərbaycan ili çərçivəsində buna bir daha şahid olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR