Əbülfəs Qarayev: “Muzeylərdə işləyən bələdçilər orada olan eksponatların tarixini belə bilmirlər”
Müşavirədə çıxış edən mədəniyyət və turizm naziri, Azərbaycan regionlarında muzeylərin aqibətinin heç də ürəkaçan olmadığını vurğulayıb. Nazir dövlət başçısının sözügedən sərəncamının zamanında imzalandığını qeyd edib: “Düzdür, bu illər ərzində muzey sahəsində bir çox uğurlar da əldə etdiyimizi deməliyik. Paytaxtda fəaliyyət göstərən muzeylərdə təmir-bərpa işlərinin aparılması, Xalça Muzeyinin tikintisinə başlanılması, bir sıra tanınmış xarici muzeylərlə əməkdaşlığı bu sahədə əldə olunmuş nailiyyət kimi qeyd etmək olar. Ancaq bu gün muzey sahəsində mövcud problemlərdən yan ötmək haqsızlıqdır. Çox təəssüflənirəm ki, son illər dövrdə tariximizlə maraqlanan gənc nəslin sayı azalıb, muzeylərə maraq həddindən artıq aşağı düşüb. Bu problemlərin həll olunmasına çalışmalıyıq”. Ə. Qarayev bildirib ki, bu gün regionlarda əsas problem muzeylərdə fəaliyyət göstərən bələdçilərlə bağlıdır: “Həqiqətən də bunu demək hər birimiz üçün çox ağırdır. Muzeylərdə işləyən bələdçilər fəaliyyət göstərdikləri muzeylərdə yerləşdirilən eksponatların tarixini belə bilmirlər. Ümumiyyətlə bu bütün bələdçilərə aiddir. Bələdçilər Azərbaycan gələn turistlərə Qız Qalasının müxtəlif əsrlərdə tikildiyini deyir. Bu biabırçılıqdır. Biz tariximizi öyrənməsək, bilməsək, bunu kim edəcək? Bələdçilərin dil bilgisinin olmaması da xoşagəlməz haldır. Xarici qonaqların qarşısına çıxarmağa bələdçi tapmamaq biabırçılıqdır. Ona görə də Azərbaycanda fəaliyyət göstərən bütün bələdçilər attestasiyadan keçməlidir”.
Mədəniyyət və turizm naziri muzeylərin çox səliqəsiz halda fəaliyyət göstərdiyini də qeyd edib: “Muzeylərdə səliqə-sahmana, eksponatların xüsusi qaydada saxlanılmasına, eyni zamanda muzeylərdəki eksponatların elektron variantının hazırlanmasına diqqət edilmir. Muzeylərin internet ünvanlarının açılması çox vacib bir işdir. Bütün bu işləri görmək üçün beş il vaxtımız var. Bu beş il ərzində bütün bunları həyata keçirsək, öz tariximizi, mədəniyyətimizi qorumuş olacağıq, əks-təqdirdə bütün bunlar əlimizdən çıxacaq”. Müşavirədə çıxış edən AMEA-nın vitse-prezidenti, Azərbaycan Milli Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı muzeylərdə fondların yenilənməsinin vacibliyini vurğulayıb. Muzey rəhbəri bütün bu problemlərin aradan qalxması üçün muzeylərin gücləndirilmiş iş rejimində işləyəcəyini qeyd edib.
Mədəniyyət siyasəti
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Nazirlik: XII Bakı Beynəlxalq Kitab Sərgisində xarici və yerli iştirakçıların böyük qismi təmsil olunur
Mədəniyyət Nazirliyi Kitab mükafatını gələn il elan edəcək
Xəbər Lenti
“Yaşıl enerji dəhlizi”nin texniki-iqtisadi əsaslandırması tamamlanıb
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib
Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB
Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Bakı Bulvarında Zeytun Festivalı davam edir - FOTO
Tovuzda bağlı qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib
U-15 dünya çempionatı başlayır
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib
Gəncədə qadın əri tərəfindən bıçaqlanıb
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Gəncədə avtomobilin vurduğu piyada 7 gün sonra ölüb
Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq
Qızılın qiyməti 4 min dollardan aşağı düşüb
İranın ötən ayda əldə etdiyi neft gəlirlərinin həcmi açıqlanıb
Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb
Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb
Bakıda ölümlə nəticələnən insidentdə iştirak edən deputat Arzuxan Əlizadənin oğlu saxlanılıb - YENİLƏNİB-1
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
Filippində hərbi təyyarələr havada toqquşub, 4 pilot ölüb - VİDEO
“Aİ4DOST Sosial Mükafatı 2026” müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib
Azərbaycanda ötən gün 50 şübhəli saxlanılıb
Şimali Koreya lideri Çinə səfər edib
Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə qar yağıb - FAKTİKİ HAVA
Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib
BDYPİ sürücülərə xəbərdarlıq edib
“Bitcoin”in qiyməti 81 min dollardan aşağı düşüb
Zelenski müharibəni mümkün qədər tez bitirməyə hazır olduğunu bildirib
ABŞ Yaxın Şərqin yeddi ölkəsində diplomatların ailə üzvlərinin çıxarılmasını tapşırıb
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb
Dünya bazarında neft kəskin bahalaşıb
Qəbələdə iki “Opel” toqquşub, 3 oğlan xəsarət alıb
ABŞ və Avropa fond bazarlarında eniş davam edib
Çexiya Prezidenti Rusiyanın sülh danışıqlarına hazır olmadığını bildirib
Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
Almaniya minlərlə uzaqmənzilli raket almağı planlaşdırır
Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir
ABŞ Səudiyyə Ərəbistanındakı səfirliyinin əməkdaşlarını təxliyə edir
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Rubio: Ukraynadakı müharibənin əsas mübahisə mövzusu Donbasdır
Tramp Rusiya və Ukraynaya qarşı 200 faizlik rüsum tətbiq edə biləcəyini bildirib
Almaniya qışa hazırlıq üçün əlavə qaz tədarükünə 245 milyon avro ayırır
Dövlət Bağçalı: Türkiyə ilə Azərbaycan arasında etimadın qorunması həyati əhəmiyyət daşıyır
NYT: ABŞ senatorları Trampın irəli sürdüyü namizədlərin təsdiqini əngəlləyə bilərlər
Tramp İrana qarşı yeni hərbi əməliyyat keçirə biləcəklərini açıqlayıb
İlon Mask Ukrayna elitasını Qərb yardımları hesabına varlanmaqda ittiham edib
BVF: Ukraynanın 2027-ci il büdcəsi üçün əlavə 30–35 milyard dollar tələb olunur
Niderlandda güclü fırtına səbəbindən 40-dan çox aviareys ləğv edilib