Bank Of Baku

Əbülfəs Qarayev: “Tariximizə, mədəniyyətimizə sahib çıxmalıyıq”

Əbülfəs Qarayev: “Tariximizə, mədəniyyətimizə sahib çıxmalıyıq”
# 23 iyun 2009 10:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın aşıq sənəti bu ilin oktyabr ayında UNESCO-nun mədəni irs siyahısına salınacaq. APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, məhz bu səbəbdən aşıq sənəti ilə bağlı tarixi sənədlər, eksponatlar səliqə ilə saxlanılmalı və ölkəyə gələn turistlərə layiqincə nümayiş etdirilməlidir: “Aşıq sənəti UNESCO-nun siyahısına daxil edildikdən sonra ölkəmizə təşrif buyuranların hər biri bu sənətlə tanış olmaq istəyəcək. Ancaq bu gün muzeylərdə saxlanılan və bilavasitə aşıq sənəti ilə bağlı olan eksponatların halı acınacaqlıdır. Muzeylərin bir neçəsində iki ədəd saz asılıb, vəssalam. Maraqlanan turistlərə bunu göstərib, özümüzü biabır edəcəyik?!”

Ə. Qarayev hesab edir ki, aşıq sənətinə diqqət artırılmalı və muzeylərdə aşıq sənəti ilə bağlı ayrıca guşə yaradılmalıdır: “Dünyanı Azərbaycana gətirmək istəyərik, ancaq onların qarşısına düz-əməlli çıxa bilmirik. Ermənilər bizim tariximizi oğurlayırlar, ancaq biz öz tariximizi unuduruq. Belə davam etsə, əlimizdə qalanı da itirəcəyik. Tariximizə, mədəniyyətimizə yiyələnməliyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR