Bank Of Baku

Şuşa Dövlət Musiqili Dram Teatrı mövsümü bağlayır

Şuşa Dövlət Musiqili Dram Teatrı mövsümü bağlayır
# 23 iyun 2009 12:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. İyunun 25-də Şuşa Dövlət Musiqili Dram Teatrı 18-ci mövsümünü bağlayacaq. Teatrdan APA-ya verilən məlumata görə, həmin gün kollektivin ifasında Bilal Appayevin “Gözəlləri necə qaçırırlar” tamaşası nümayiş olunacaq. Nümayişi “Azersun Holding”in Mədəniyyət Mərkəzində baş tutacaq tamaşanın quruluşçu rejissoru Kəmalə Məcidova, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Leyla Qarayevadır. Rolları əməkdar artist Şükufə Musayeva, aktyorlar İqrar Salamov, Rauf Şahsuvarov, Aliyə Əliyeva, Püstəxanım Zeynalova, Zəhra Baxşəliyeva, Etibar Cəfərov, Azad Məmmədov ifa edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR