Bank Of Baku

Moskvada və Kazanda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Moskvada və Kazanda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək
# 25 iyun 2009 10:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. İyunun 29-dan iyulun 5-nə qədər Rusiyanın Moskva və Kazan şəhərlərində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, Moskvada Azərbaycan Mədəniyyət Günləri iyunun 29-da başlayacaq və iyulun 2-də yekunlaşacaq, Kazanda isə iyulun 3-də başlayacaq və 5-də yekunlaşacaq.

Moskvada keçiriləcək Mədəniyyət Günləri çərçivəsində iyunun 30-da Tahir Məmmədovun foto-sərgisi açılacaq. Elə həmin gün Moskvanın Sütunlu Zalında Gənclər Simfonik Orkestrinin və Xoreoqrafiya Məktəbinin kiçik rəqs kollektivinin iştirakı ilə konsert olacaq. Azərbaycan musiqiçiləri Moskvanın Ulduz şəhərciyində də konsert proqramı ilə çıxış edəcəklər.

Kazandakı Azərbaycan Mədəniyyət Günlərində isə Tahir Məmmədovun və Fərid Hayrulinin foto-sərgiləri keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR