Bank Of Baku

Yekaterinburq Dövlət Opera və Balet Teatrında Polad Bülbüloğlunun “Sevgi və ölüm” baleti səhnələşdirilib

Yekaterinburq Dövlət Opera və Balet Teatrında Polad Bülbüloğlunun “Sevgi və ölüm” baleti səhnələşdirilib
# 25 iyun 2009 12:49 (UTC +04:00)
Yekaterinburq. R. Mətləboğlu – APA. Rusiyanın Yekaterinburq şəhərinin Dövlət Opera və Balet Teatrında Azərbaycanın bu ölkədəki səfiri, bəstəkar Polad Bülbüloğlunun “Sevgi və ölüm” baleti səhnələşdirilib. APA-nın Moskva müxbirinin məlumatına görə, P. Bülbüloğlu bu faktı təkcə öz yaradıcılıq həyatında deyil, Azərbaycan-Rusiya münasibətlərində böyük hadisə kimi qiymətləndirib: “İtalyan maestro Fabio Mastranjelo tərəfindən idarə olunan orkestrin Azərbaycan musiqisinin bütün vacib elementlərini, mürəkkəb ritmik partituranı dəqiqliklə ifa etməsi məni xüsusilə heyrətləndirdi”. Diplomat quruluşçu xoreoqraf Nadejda Malıginaya da təşəkkür edib. N. Malıgina, F. Mastranjelo, teatrın direktoru Andrey Şişkin çıxışlarında P. Bülbüloğlunun musiqisini yüksək qiymətləndiriblər.

APA-nın sualını cavablandıran səfir baletin bundan sonra hansı şəhərlərdə və ölkələrdə səhnəyə qoyulacağını söyləməkdə çətinlik çəkib. O bildirib ki, ilk növbədə Yekaterinburq teatrının Azərbaycana səfərini təşkil etmək və onları azərbaycanlı həmkarları ilə tanış etmək istəyir. Yaradıcılıq planlarına toxunan P. Bülbüloğlu deyib ki, vaxt məhdudiyyətinə baxmayaraq, hazırda əvvəllər ifa etdiyi xalq mahnılarının simfonik variantı üzərində işləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR