Bank Of Baku

Nyu-Yorkun Müasir İncəsənət Muzeyi Azərbaycan rəssamının əsərini alıb

Nyu-Yorkun Müasir İncəsənət Muzeyi Azərbaycan rəssamının əsərini alıb
# 30 iyun 2009 13:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Nyu-Yorkun Müasir İncəsənət Muzeyi Azərbaycan rəssamının əsərini alıb. APA-nın Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə istinadən yaydığı xəbərə görə, muzey rəhbərliyi tərəfindən alınan bu əsərin müəllifi azərbaycanlı rəssam Vüqar Muradovdur. Artıq Nyu-Yorkun Müasir İncəsənət Muzeyində olan əsər “Muğam” tablosu adlanır.

Məlumatda o da bildirilir ki, V. Muradov çəkdiyi rəsm əsərləri ilə bir çox dünya muzeylərinin diqqətini cəlb edib. Belə ki, ötən il məşhur Solomon Quqqenhaym Müasir İncəsənət Muzeyi rəssamın “Pianist” əsərini alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR