Bank Of Baku

Əjdər İbrahimovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Əjdər İbrahimovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
# 01 iyul 2009 14:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Muzey Mərkəzində Azərbaycanın xalq artisti, görkəmli kinorejissor, ssenarist və aktyor Əjdər İbrahimovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, Dövlət Film Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə tanınmış kino xadimləri iştirak ediblər. Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev kinorejissorun həyat və yaradıcılığından danışıb. O, Ə. İbrahimovun II Dünya müharibəsinin iştirakçısı olduğunu, C. Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında “Bir məhəllədən iki nəfər”, “Onun böyük ürəyi” bədii filmlərinə quruluş verdiyini deyib. C. Quliyev bildirib ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasına ezam olunan Ə. İbrahimov bu ölkədə milli kino məktəbinin əsasını qoyub. Uzun illər “Mosfilm”də fəaliyyət göstərən azərbaycanlı kinorejissor “Ürək əhvalatları” filminə rejissorluq edib.

Tədbirdə Ə. İbrahimovun filmlərindən fraqmentlər nümayiş olunub. Muzeyin foyesində isə onun həyat və yaradıcılığını əhatə edən fotoşəkillərin sərgisi keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR