Bank Of Baku

Yalçın Rzazadə Türkiyədə xəstəxanaya yerləşdirilib

Yalçın Rzazadə Türkiyədə xəstəxanaya yerləşdirilib
# 02 iyul 2009 11:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın xalq artisti Yalçın Rzazadə Türkiyənin İstanbul şəhərindəki özəl “Acıbadem” xəstəxanasında ürəyindən əməliyyat olunacaq. Artıq xəstəxanaya yerləşdirilən Y. Rzazadə APA-ya açıqlamasında cərrahiyyə əməliyyatının gələn həftə keçiriləcəyini deyib: “Özümü yaxşı hiss edirəm, əməliyyata hazırlaşıram. Həkimlər son yoxlamaları aparırlar. Məni Türkiyənin məşhur həkimi Təyyar bəy (professor Təyyar Sarıoğlu – APA.) əməliyyat edəcək”.

Y. Rzazadə xəstəxanada onun üçün lazımi şərait yaradıldığını və bütün maliyyə problemlərinin həll olunduğunu söyləyib: “Şükür Allaha, hər şey yaxşıdır. Əslində Türkiyədə xəstəxanaya yerləşdirilməyimin Azərbaycanda bilinməsini istəmirdim. Azərbaycan xalqının mənə görə narahat olmasını istəmirdim. Belə şeyləri heç sevmirəm. Ürək əməliyyatı çox çətindir. Ancaq özümü bütün çətinliklərə hazırlamağa çalışıram”.

Y. Rzazadə ailə üzvlərinin onunla birgə Türkiyəyə gəlməsinə razılıq vermədiyini də əlavə edib: “Tək qalıram və kiminsə yanımda olmasını istəmirəm. Heç əməliyyat vaxtı da kiminsə gəlməsi lazım deyil. Sağ-salamat Azərbaycana qayıtmaq istəyirəm. Yaşamaq istəyirəm, həyat çox şirin şeydir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR