Bank Of Baku

Mehdi Hüseynzadədən bəhs edən “Təxəllüsü Mixaylo” sənədli film ingilis dilinə tərcümə olunur

Mehdi Hüseynzadədən bəhs edən “Təxəllüsü Mixaylo” sənədli film ingilis dilinə tərcümə olunur
# 03 iyul 2009 13:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadədən bəhs edən “Təxəllüsü Mixaylo” sənədli filmi ingilis dilinə tərcümə edilir. Filmin rejissoru Tahir Əliyevin APA-ya verdiyi məlumata görə, film artıq rus dilinə tərcümə olunaraq, müntəzəm olaraq Rusiya və MDB ölkələrinin kinofestivallarında iştirak edir. Filmin ingilis dilində dublyajı başa çatdıqdan sonra onun Avropa festivallarında təmsil olunması mümkün olacaq.

Xatırladaq ki, “Təxəllüsü Mixaylo” film Ukraynada keçirilən “Pobedili vmeste” adlı V Beynəlxalq teleradio festivalının qalibi və 18-ci Rusiya kinofestivalının “Qızıl Vityaz” mükafatının sahibidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR