Toğrul Nərimanbəyov: “Şuşaya qonaq kimi deyil, oranın sahibi kimi gedəcəyəm” - MÜSAHİBƏ-FOTOSESSIYA
- Toğrul müəllim, vaxtınızın çoxunu xaricdə keçirirsiniz. Azərbaycan üçün darıxmırsınız?
- Bəli, vaxtımın çoxunu xaricdə oluram. Azərbaycan üçün darıxmamaq qeyri-mümkündür. Əlbəttə ki, darıxıram. Bilirsiniz, Azərbaycan güclü auraya malik olan ölkədir. Bura neft ölkəsidir və buranın təbiəti rəssamı ilhamlandırır. Əsasən də Bakını qeyd etmək istəyirəm, çünki bu şəhər həm rəngləri, həm də ritmi hiss etməyə kömək edir. Bu bizim əksər rəssamlarımıza xas olan bir xüsusiyyətdir. Mən xaricdə yaşayıram və çox zaman yollarda oluram. Ona görə də bu fərqi daha tez görürəm. Bakıya gələndə özümdə çox böyük ruh yüksəkliyi, yaradıcılıq qüvvəsi hiss edirəm. Bir sözlə, Vətənim məni ilhamlandırır.
- Yəqin ki, Azərbaycan rəssamlıq məktəbinin bugünkü durumundan xəbərdarsınız.
- Hazırda ümumiyyətlə dünya incəsənətində, xüsusən də rəngkarlıqda çox böyük eniş hiss olunur. Bu da onunla bağlıdır ki, xalqların çoxu öz milli adət-ənənələrini itiriblər. Keçmişi danmaq olmaz. Keçmişi danmayıb, onun üzərində inkişaf qurmaq lazımdır.
- Bəs gənc rəssamların yaradıcılığı necə Sizi qane edirmi?
- Gənc rəssamın öz xüsusi yaradıcılıq xəttini hiss etməsi çox vacibdir. Bizim gənclik üçün, məsələn caz janrında işləyən musiqiçilərə hər şeyi Qərbdən təkrarlamaq xasdır. İndividuallığı, milli koloriti saxlamaq çox vacibdir. Miniatür sənətinin öz ruhu var, bu, böyük bir fəlsəfədir. Nizami, Füzulinin poeziyasına oxşar bir fəlsəfə. Bu hissiyyat xüsusən Şərq xalqlarına məxsusdur. Milliliyi bu nöqteyi-nəzərdən anlamaq lazımdır. Çox təəssüflənirəm ki, gənclik moda arxasınca gedir. Gənc rəssamların çox yüksək rəng hissiyyatları var, amma onlar abstraktsianizmi təkrarlayırlar. Abstraktsianizm çox yüksək səviyyəli incəsənətdir. Bu yolu ancaq layiq olan rəssam getməlidir. İstənilən fiqurativ rəngkarlıqda da abstraksiya var. Hər şey təkrarlananda dəyərini itirir.
- Gənc rəssamlar arasında Sizin davamçılarınız varmı?
- Gənc rəssamlar arasında mənim stilimi təkrarlamaq istəyənlər var, ancaq bu yolda çox çalışmırlar. Mənim üslubum çox mürəkkəbdir, çünki o həyatı, təkamülü, təbiəti yiyələnməyə əsaslanır və onu həmin an qavramaq çox çətin bir şeydir. Çünki o bütün dünya incəsənətinin nailiyyətlərini özündə birləşdirir. Mən rəsmi elə çəkirəm ki, Qərbdə öz rəsm əsərimi abstraksianistlərin sırasında təqdim edəndə onlar mənim yanımda solğun görünürlər. Məndə abstraktı görmək bacarığı var. Bu da rəngkarlar üçün ən vacib olan xüsusiyyətdir. Avropa akademiyalarında olarkən müşahidə etmişəm ki, təhsilin əsasında ənənələrin öyrənilməsi dayanmır. Bu da rəssama müstəqillik verir. Hesab edirəm ki, bu müstəqillik yox, əksinə boşluqdur. Rəngkarlıqda çox böyük qanunlar var, bu qanunların üzərindən saymayana keçmək olmaz. Sadəcə onları daha da inkişaf etdirmək lazımdır. Rəssam getdiyi yolda özü nələrisə kəşf etməlidir, bu kəşfi başqalarından gözləməməlidir.
- Hazırda özünüz haradasa dərs deyirsinizmi?
- İndi yox, çünki hazırda mənim çoxlu ideyalarım var. Bu gün əsas istəyim həmin ideyaları həyata keçirməkdir. Amma müəllim işləmək çox maraqlıdır. Rəssamlıq insanın qanında, canında olmalıdır. Bu sənət məcburi və ya digər amillərlə heç zaman başa gələ bilməz.
- Sirr deyilsə, həyata keçirmək istədiyiniz ideyaları, planları bilmək olarmı?
- Əlbəttə deyə bilərəm. Mən bir müddət Səmərqənddə yaşamışam. Səmərqənddə yaşayarkən Teymurləng haqqında çox materiallar toplamışam və onunla bağlı bir layihə həyata keçirməliyəm. Biz Səttar Bəhlulzadə və Rasim Babayevlə birgə Abşeronu gəzmişik. Həm bununla, həm də Teymurlənglə bağlı məndə bir çox eskizlər var, mən onları rəsmə köçürməliyəm. Hazırda əsas istəyim budur və bunu yaxın vaxtlarda həyata keçirmək niyyətindəyəm. Teymurləngin dövrü ilə bağlı tarixi əsər yaratmaq istəyirəm.
- Bakıda yaxın zamanlarda sərginiz təşkil olunacaqmı?
- Yeni əsərlərim var, onları hələ göstərməmişəm Daha sakit və rahat bir vaxtda onların sərgisini təşkil edəcəyəm. Parisdə Azərbaycana və Abşerona həsr olunmuş silsilə əsərlərim var. Bu əsərlərim 30 kvadratmetr sahəni əhatə edir. Nə vaxtsa mən bu əsərləri Bakıda sərgiləyəcəyəm. Bu istəyimi bir il içində həyata keçirməyi çox istəyirəm.
- Parisdə və ya Bakıda öz qalereyanızı açmağı düşünürsünüzmü?
- Bəlkə də, niyə də olmasın. Ola bilsin Parisdə qalereya açdım. Bakıda şəxsi qalereyamı açsam, bunu İçərişəhərdə edəcəyəm. Mən 15 yaşımdan İçərişəhəri çəkməyə başlamışam. Yadımdadır ki, evlərin damına çıxıb İçərişəhərin görüntülərini kağız üzərinə köçürdürdüm. Hər zaman öz şəkillərimdə İçərişəhərin bütün gözəlliyini göstərirəm, bu, hələ də davam edir. Azərbaycandan, İçərişəhərdən uzaqda yaşamam, bütün bunları yaddan çıxarmaq demək deyil. Bütün yaradıcılığım boyu Azərbaycanla, İçərişəhərlə bağlı çoxsaylı əsərlər yaratmışam və bu hər zaman belə olacaq.
- Şuşalısınız... Ürəyinizdən Şuşaya getmək keçirmi?
- Əlbəttə. Şuşa bir möcüzədir, bizim möcüzəmiz. Şuşanı unutmaq, oranın gözəl təbiəti üçün darıxmamaq mümkün deyil. O zamanlar vaxt tapan kimi ilk növbədə Şuşaya gedib Şuşanın gözəlliyindən ilham alırdım. Əminəm ki, güc-tez ədalət bərpa olunacaq, torpaqlarımızı geri qaytaracağıq. Dünya birliyi Qarabağın kimə məxsus olduğunu yaxşı bilir, torpaqlar öz yiyəsinə qaytarılmalıdır. Mənim babam və atam Şuşadandır. Atam işlə bağlı olaraq sonradan Almaniyaya göndərilib. O, Fransada, Tuluza şəhərində təhsil alıb. Sonra isə Azərbaycana qayıdıb, mühəndis kimi çalışıb və Mingəçevir su-elektrik stansiyasını tikib. Atam 1937-ci ildə repressiya qurbanı olub.
- Azərbaycanın bir qrup ziyalısı Dağlıq Qarabağa səfər etdi. Sizə də Dağlıq Qarabağa, Şuşaya getmək təklif olsaydı, qəbul edərsinizmi?
- Yox, Şuşaya qonaq kimi getmərəm, oranın sahibi kimi gedəcəyəm. Bu cür səfərlərdə belə çıxır ki, onlar Şuşanın sahibidirlər, biz isə qonağıq. Axı ora bizim torpağımızdır, Şuşa bizimdir, bax bunu dünyaya çatdırmalıyıq. Ancaq mənə hələlik Şuşaya getmək təklif olunmayıb. Bəlkə də daha çox xaricdə olduğum üçün məni dəvət etmirlər. Şuşa bizimkidir və torpaq sahibinin olmalıdır. Şuşa qaytarılsa, gedib orada yaşayacağam. Şuşadan gözəl şəhər tanımıram...
Fotolar Toğrul Nərimanbəyovun şəxsi arxivindən APA-ya təqdim olunub
Mədəniyyət siyasəti
Xalq artisti Murad Adıgözəlzadənin müalicə prosesi nəzarətə götürülüb
Əməkdar artist Bəhruz Vaqifoğlu Pantomim teatrının quruluşçu rejissoru təyin edilib
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər
Xəbər Lenti
WP Sudan hökumətinin gizli kimyəvi silah ehtiyatlarına malik olduğunu iddia edir
Putin-Uitkoff-Kuşner danışıqları başa çatıb - VİDEO - YENİLƏNİB-2
Ağdamda traktor minaya düşüb
SEPAH: ABŞ-la əlaqəli 3 gəmi və 3 neft tankeri hədəfə alınıb
Konqoda toy mərasimində baş verən yanğın nəticəsində azı 22 nəfər ölüb
Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub
Merz Almaniyanın sənaye sektorunda iş yerlərini itirdiyini etiraf edib
Zelenski: Uitkoff və Kuşner sentyabrın 6-da Kiyevə səfər edəcəklər
Putin: Kiyevə zərbələrin dayandırılması ilə bağlı xahiş rəsmi kanallarla daxil olub
KİV: Türkiyə ilə ABŞ arasında S-400 sistemləri ilə bağlı irəliləyiş əldə edilib
Niger Fransanı ölkədə hərbi qiyam törətməyə cəhddə ittiham edib
İranda yanacaq daşıyan sisternin partlaması nəticəsində 10 nəfər ölüb
Nigeriya hərbçiləri terrorçuların girov götürdüyü 36 nəfəri azad edib
Qubada bu il 200 tona yaxın bal istehsal edilib
Vətən müharibəsi iştirakçısı: Şuşada, Cıdır düzündə hər bir iz canlı tarixdir, belə yerlərə zərər vurmaq yolverilməzdir
Yunanıstanda aviaşou zamanı qırıcı təyyarə qəzaya uğrayıb, iki pilot ölüb - YENİLƏNİB
Şuşanın hər daşı milli yaddaşımızın bir parçasıdır, zərər vurmaq yolverilməzdir - RƏY
ABŞ ordusu İrana məxsus üç neft tankerinə hücum edib - VİDEO
Zelenski: Moskvaya hücumları dayandırmağa hazırıq, Rusiyadan da eyni addımı gözləyirik
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edilib
Nepalda daşqınlar nəticəsində tuneldə qalan iki nəfər xilas edilib
Bursada meşə yanğını başlayıb
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO
Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və təmizləyici qurğunun tikintisi davam edir
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək
Xark adasında İrana məxsus tanker hədəfə alınıb
"Bitcoin"in qiyməti 80 min dollardan aşağı düşüb