Bank Of Baku

Azərbaycan musiqiçiləri İspaniyada keçiriləcək beynəlxalq festivalda iştirak edəcəklər

Azərbaycan musiqiçiləri İspaniyada keçiriləcək beynəlxalq festivalda iştirak edəcəklər
# 06 iyul 2009 11:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan musiqiçiləri İspaniyanın Palma-de-Mayorka şəhərində keçiriləcək Beynəlxalq Musiqi Festivalında iştirak edəcək. Bakı Musiqi Akademiyasının prorektoru, əməkdar artist, professor Yeganə Axundovanın APA-ya verdiyi məlumata görə, festival şəhərdə yerləşən Kastel De Belver adlanan qəsrdə təşkil olunacaq. İyulun 7-də start götürəcək festivalın bir günü Azərbaycan musiqisinə həsr olunacaq. Konsertdə pianoçu Yeganə Axundova ilə yanaşı, xalq artistləri Mənsum İbrahimov, Aygün Bayramova, əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədov da iştirak edəcək. Y. Axundova proqramda Azərbaycanın dünya şöhrətli bəstəkarları Qara Qarayev, Cövdət Hacıyev, Arif Məlikov və başqalarının əsərlərini ifa edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR