Bank Of Baku

Bakıda fəaliyyət göstərən Muğam Mərkəzinin adı və statusu dəyişdirilib

Bakıda fəaliyyət göstərən Muğam Mərkəzinin adı və statusu dəyişdirilib
# 06 iyul 2009 16:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Nazirlər Kabineti Bakı şəhərində fəaliyyət göstərən Muğam Mərkəzinin Beynəlxalq Muğam Mərkəzi adlandırılması barədə qərar qəbul edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib. Nazirlər Kabinetinin qərarı ilə həmçinin, Beynəlxalq Muğam Mərkəzi Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilib.

Qərara əsasən, Beynəlxalq Muğam Mərkəzinin saxlanılması xərcləri 2010-cu ildən etibarən dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə nəzərdə tutulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR