Bank Of Baku

Bakıda “Azərbaycan-Avropa Şurası mədəni əməkdaşlığı: İmkanlar və perspektivlər” mövzusunda tədbir keçiriləcək

Bakıda “Azərbaycan-Avropa Şurası mədəni əməkdaşlığı: İmkanlar və perspektivlər” mövzusunda tədbir keçiriləcək
# 07 iyul 2009 15:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Avropa Şurasının Bakıdakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Bakıda Avropa Şurasının 60 illik yubiley ili çərçivəsində “Azərbaycan-Avropa Şurası mədəni əməkdaşlığı: İmkanlar və perspektivlər” mövzusunda tədbir keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya bildirib ki, mərasimdə 7-11 iyul tarixində Bakıda səfərdə olan Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii irs üzrə direktoru Robert Palmerin rəhbərliyi ilə nümayəndə heyəti, xarici ölkələrin Bakıdakı səfirliklərinin, Beynəlxalq təşkilatların nümayəndəliklərinin təmsilçiləri, bir sıra dövlət qurumların və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edəcək. Mərasimdə Avropa Şurasının 60 illik fəaliyyəti, Azərbaycan ilə təşkilat arasında mövcud olan mədəni əməkdaşlığın vəziyyəti müzakirə olunacaq. Mərasim bitdikdən sonra günün ikinci yarısı Avropa Şurasının “Sənətçilər dialoq naminə” layihəsinə həsr olunun I Ekspert Görüşü başlanacaq və iki gün davam edəcək.
Xatırladaq ki, “Sənətçilər Dialoq naminə” layihəsi Azərbaycanın təşəbbüsü “Bakı Prosesi” çərçivəsində 2008-ci il 2-3 dekabr tarixində keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransında əsası qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR