Bank Of Baku

Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq keçiriləcək

Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq keçiriləcək
# 08 iyul 2009 09:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanda 2011-ci ildə Ümumdünya Mədəniyyətlərarası Dialoq keçiriləcək. APA-nın məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Ə. Qarayevin sözlərinə görə, belə bir təşəbbüslə Azərbaycan prezidenti İlham Əliyev çıxış edib və tədbir Heydər Əliyev Fondu tərəfindən dəstəklənəcək: «Biz iki il ərzində tədbirə çox ciddi hazırlaşacağıq. İstəyirik ki, bu tədbirdə UNESCO və İSESCO da təmsil olunsun».

Ə. Qarayev onu da vurğulayıb ki, bu il oktyabrın 13-dən 19-dək Bakıda «İncəsənət Dialoq Naminə» proqramı çərçivəsində tədbir keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR