Bank Of Baku

Robert Palmer: “Avropa Şurası həmişə tarixi-mədəni abidələrin dağıdılmasına qarşı çıxıb”

Robert Palmer: “Avropa Şurası həmişə tarixi-mədəni abidələrin dağıdılmasına qarşı çıxıb”
# 08 iyul 2009 09:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Avropa Şurası həmişə tarixi-mədəni abidələrin dağıdılmasına qarşı çıxıb”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan Avropa Şurasının Mədəniyyət, mədəni və təbiət irsi üzrə Departamentinin direktoru Robert Palmer ermənilərin işğalı altında olan Dağlıq Qarabağda Azərbaycanın mədəni və tarixi abidələrinin dağıdılmasına münasibət bildirərkən deyib. R. Palmer əlavə edib ki, dağıdılan abidələrin bərpası üçün ölkələr arasında razılıq olmalıdır: “Avropa Şurasının bu istiqamətdə hər hansı layihə həyata keçirməsi üçün ilk növbədə birgə danışıqlar aparılmalı və razılıq əldə olunmalıdır. Yalnız bundan sonra biz həmin abidələrin bərpası ilə məşğul ola bilərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR