Bank Of Baku

Kiyevdə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət böyük konsert proqramı hazırlanır

Kiyevdə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət böyük konsert proqramı hazırlanır
# 08 iyul 2009 14:44 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Kiyev Milli Opera Teatrının böyük simfonik orkestrinin ifasında Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət böyük konsert proqramı hazırlanır. Bu barədə APA-ya Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev məlumat verib. Səfir bildirib ki, konsertin Azərbaycanın Müstəqillik Günü münasibətilə təxminən oktyabrın 15-də keçirilməsi planlaşdırılır.

Diplomatın sözlərinə görə, səfirliyin bu təşəbbüsünə Azərbaycan və Ukraynanın mədəniyyət və turizm nazirləri lazımi dəstək verirlər: “Bu, Kiyevdəki diplomatik nümayəndəliklər arasında ilk belə təşəbbüsdür. Biz Azərbaycan xalqının böyük mədəni irsini Ukrayna ictimaiyyəti qarşısına çıxarmaq istəyirik”.

Səfir bildirib ki, Kiyev Milli Opera Teatrının tamaşaçı tutumu 3 min nəfərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR