Bank Of Baku

Qazaxıstanda Türk Musiqisi Festivalı keçirilib - FOTOSESSİYA

Qazaxıstanda Türk Musiqisi Festivalı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 08 iyul 2009 15:45 (UTC +04:00)
Astana. Ləman Ağayeva - APA. Qazaxıstanın paytaxtı Astanada Türk cümhuriyyətlərinin mədəniyyət və incəsənət təşkilatı - TÜRKSOY-un təşkilatçılığı ilə Türk Musiqisi Festivalı keçirilib. APA-nın Qazaxıstan və Mərkəzi Asiya üzrə müxbirinin verdiyi məlumata görə, festivalda Azərbaycanı İncəsənət Universitetinin dosenti Fəzail Orucov, Milli Konservatoriyanın müəllimləri Fəridə Məlikova və Elçin Nağıyev, həmçinin “Azərbaycan inciləri” qrupu təmsil edib. İki gün davam edən festivalda Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və başqa türk ellərindən gələn musiqiçilər öz el-obalarının mahnılarını ifa ediblər. F. Orucovun sazda ifa etdiyi Azərbaycan havaları, “Azərbaycan inciləri” qrupunun ifasında səslənən muğam və təsniflər musiqisevərlər tərəfindən yüksək qiymətləndirilib. Azərbaycanlı musiqiçilər TÜRKSOY-un diplom, fəxri fərman və xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Qeyd edək ki, Azərbaycandan gələn musiqi kollektivi Qazaxıstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi və Astana şəhər “Xəzər” Mədəniyyət Mərkəzinin üzvləri üçün konsert proqramı ilə də çıxış edib. Konsertə Türkiyə diasporunun üzvləri də qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR