Bank Of Baku

Qırğızıstanda Azərbaycanın gənc rejissorlarının filmlərinin nümayişi keçirilib

Qırğızıstanda Azərbaycanın gənc rejissorlarının filmlərinin nümayişi keçirilib
# 13 iyul 2009 12:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Qırğızıstanda Bişkek kino evində Azərbaycanın gənc rejissorlarının qısametrajlı filmlərinin nümayişi olub. APA-nın məlumatına görə, bu qeyri-kommersiya aksiyasını kino tənqidçiləri Aygün Aslanlı (Azərbaycan), Aliya Moldavaliyeva (Qırğızıstan) və Qırğızıstan Mədəniyyət və İnformasiya Nazirliyinin Kinematoqrafiya Departamenti təşkil edib. Tamaşaçılara rejissor Asif Rüstəmovun “Ev”, Əli İsa Cabbarovun “Düyün”, Kəmalə Rzayevanın “Etinasızlıq dövrünün bir günü”, Elçin Əsədovun “Şamada”, “Yoqzi”, Emin Əfəndiyevin “0:1...” filmləri təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR