Bank Of Baku

Azərbaycan xalçaçılığına həsr olunmuş dəyirmi masa keçirilib

Azərbaycan xalçaçılığına həsr olunmuş dəyirmi masa keçirilib
# 13 iyul 2009 14:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin təşkilatçılığı ilə bu gün Muzey Mərkəzində “Azərbaycan xalçasının UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinə dair: imkanlar, perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, qapalı keçirilən konfransda Azərbaycan xalçasının UNESCO-nun “Qeyri-maddi Mədəni İsr üzrə Reprezentativ Siyahısı”na daxil edilməsi barədə çıxışlar edilib. Muzeyin direktoru Röya Tağıyevanın bildirdiyinə görə, onun qeyri-maddi mədəni irs keyfiyyəti planında məlumatlandırmaq, müdafiə etməkdə kömək edir: “Bu günədək o, mədəniyyətin təmsilçisi kimi nümunə göstərilir və daha çox böyük sənət məhsulu mənbəyi kimi yaxşı tanınır, nəinki qeyri-maddi irsin canlı əfsanəsi. Azərbaycan xalçasının qeyd edilən siyahıya daxil edilməsinə xalçaçı-rəssamlar və xalça üzrə dizaynerlər, xalçanı sənaye miqyasında xalça istehsal edən və satan biznesmenlər, alimlər, sənətşünaslar, Azərbaycan xalçasını toplayan, qoruyan və tədqiq edən muzey işçiləri maraqlıdır. Qeyri-maddi mədəni irsin əhəmiyyəti və qorunması cavan nəsil tərəfindən daha da dərk edilməsi zəruridir. Azərbaycanın şəhər və bölgələrində istehsal olunan xalçalar, etnik və dövlət sərhədlərindən asanlıqla keçərək, Vətən sərhədlərindən çox uzaqlara yayılır. Buna görə də Azərbaycan xalçasının ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi şərait yaratmalıdır ki, xalçaların həndəsi formalarda və rəng çalarlarında əks edilən müdriklik sevinci ilə bütün bəşəriyyətlə bölüşmək imkanı yaratsın”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR