Bank Of Baku

Azərbaycan Qazaxıstan Milli Akademik Kitabxanasına kitab, CD və DVD-lərdən ibarət kolleksiya göndərib

Azərbaycan Qazaxıstan Milli Akademik Kitabxanasına kitab, CD və DVD-lərdən ibarət kolleksiya göndərib
# 15 iyul 2009 16:01 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Mədəniyyət və Turizm Nazirliyi Qazaxıstanda Azərbaycanın qədim dövlətçilik ənənələrinin, tarixinin, zəngin mədəni irsinin təbliği məqsədilə Qazaxıstan Milli Akademik Kitabxanasına kitab, CD və DVD-lərdən ibarət kolleksiya göndərib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kolleksiyaya “Prezident İlham Əliyev və mədəniyyət (2003-2008)”, “Bizi əsirlikdən qurtarın. Release us from captivity”, “Garabakh - the eternal memory of Azerbaijan heritage”, “Карабах: вчера, сегодня в фотоснимках. Karabakh: yesterday and today in photos”, A. Mirzəzadənin “Azərbaycan, zaman, inkişaf”, Ю.Сигов. “Между Западом и Востоком” və s. kitabları, habelə “This is our Azerbaijan (DVD)”, “Gobustan”, “Armenian terrorism”, Erich Feigl “Sharp turning-point! Armenian”, “The tragedy of Khodjaly”, “Kara Karayev. Symphony” və s. elektron nəşrlər daxildir. Kitabxananın fondunda Azərbaycan ədəbiyyatı guşəsi də yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR