Bank Of Baku

Azərbaycanın “40-cı qapı” bədii filmi 44-cü Beynəlxalq Karlovı Varı film festivalında iştirak edib

Azərbaycanın “40-cı qapı” bədii filmi 44-cü Beynəlxalq Karlovı Varı film festivalında iştirak edib
# 18 iyul 2009 09:26 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycanın “40-cı qapı” bədii filmi 44-cü Beynəlxalq Karlovı Varı film festivalında iştirak edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Ritm prodakşn” şirkətində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilən film festival çərçivəsində 2 dəfə kinoteatrda, 5 dəfə isə xüsusi video salonlarda nümayiş olunub. Ekran əsəri tamaşaçıların, festival iştirakçılarının və xüsusilə də KİV nümayəndələrinin xüsusi marağına səbəb olub. Festivalda filmin janrı vaxtilə İtaliya kinosunda yeni mərhələ açmış neorealizm cərəyanı ilə müqayisə olunub. Nümayişlərdən sonra film dünyanın müxtəlif ölkələrindən 20-dən çox festivala dəvət alıb.
Qeyd edək ki, film apreldə 42-ci Beynəlxalq Hyuston Kinofestivalında “Ən yaxşı xarici film” nominasiyası üzrə qızıl mükafata layiq görülüb. Filmin prodüseri Xaqani Həşimov, ssenari müəllifi və rejissoru Elçin Musaoğludur. Baş rollarda Həsən Səfərov, Gülər Nəbiyeva, Rövşən Ağayev və başqaları çəkiliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR