Bank Of Baku

"Qala" filmi 33-cü Monreal Dünya Film Festivalında iştirak edəcək

"Qala" filmi 33-cü Monreal Dünya Film Festivalında iştirak edəcək
# 22 iyul 2009 14:18 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Rejissor Şamil Nəcəfzadənin "Qala" filmi 27 avqust - 7 sentyabr tarixlərində keçiriləcək 33-cü Monreal Dünya Film Festivalında iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, "Azərbaycanfilm" və "United Multimedia Projects"in birgə istehsalı olan film 83 dəqiqəni əhatə edir. Filmin quruluşçu rejissoru Şamil Nəcəfzadə, baş prodüseri Xamis Muradov, prodüserləri Rauf Ataməlibəyov, Timur Vaynşteyn, ssenari müəllifləri Şamil Nəcəfzadə, Ramiz Rövşən, quruluşçu operatoru Kənan Məmmədov, quruluşçu rəssamları Arif Məhərrəmov və Əziz Məmmədovdur. Ekran əsərinin bəstəkarı Cahangir Zülfüqarovdur. Baş rolları Rasim Balayev, Vidadi Həsənov, Yuliya Peresild, Məmmədağa Əlili ifa edirlər. Ötən il "Oskar" mükafatı uğrunda yarışmaya qatılan filmə Azərbaycan tamaşaçıları bu il oktyabrın 2-də Heydər Əliyev Sarayında tamaşa edə biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR