Bank Of Baku

İsfar Sarabski: “Düşündüm ki, caz və xalq musiqisinin sintezi ilə Avropa tamaşaçısını təəccübləndirə bilərəm”

İsfar Sarabski: “Düşündüm ki, caz və xalq musiqisinin sintezi ilə Avropa tamaşaçısını təəccübləndirə bilərəm”
# 24 iyul 2009 12:00 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Bakı Musiqi Akademiyasının tələbəsi İsfar Sarabskinin İsveçrənin Montrö şəhərində keçirilən 43-cü Beynəlxalq Caz Festivalında qələbəsi ilə bağlı Caz Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə mətbuat konfransı keçirilib. APA-nın xəbərinə görə, nazirliyin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycanın festivalda ikinci dəfə iştirak etdiyini və ötənilki festivalda Şahin Növrəslinin ikinci olduğunu xatırladıb. O, festivalın üç istiqamət – solo-vokal, gitara və piano üzrə keçirildiyini, hələlik Azərbaycanın yalnız pianoda caz ifası sahəsi üzrə festivala qatıldığını söyləyib.

Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli milli kolorit də qatmaqla klassik caz elementlərini sintez etməyin ən çətin iş olduğunu və İ. Sarabskinin bunu çox gözəl bacardığını deyib.

Öz ifasına görə azarkeş simpatiyası mükafatını da qazanan İ. Sarabski isə müəllimlərinə və ona dəstək verən hər kəsə təşəkkür edib: “Zalda xeyli azərbaycanlı var idi və mən onların dəstəyini hiss edirdim. Bu, mənə çox kömək etdi. Mən caz və xalq musiqisinin sintezini təqdim etməyə çalışdım. Düşündüm ki, bu, Avropa tamaşaçısı üçün maraqlı olar və onları təəccübləndirə bilərəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR