Bank Of Baku

Kino Günü münasibəti ilə Heydər Əliyev Sarayında tədbir keçirilib

Kino Günü münasibəti ilə Heydər Əliyev Sarayında tədbir keçirilib
# 31 iyul 2009 16:03 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Kino Günü münasibəti ilə Heydər Əliyev Sarayında tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin ötən bir ildə kino sahəsində həyata keçirilən tədbirlər, yeni çəkilən filmlər, təltiflər, festivallar, sərgilərlə bağlı hazırladığı videoroliki nümayiş etdirilib. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu rolikin kino sahəsində bir ildə görülən işlərin hesabatı olduğunu bildirib. Ötən bir ilə kino sahəsində ən böyük hadisənin ölkə prezidentinin imzaladığı Azərbaycanda Kinonun İnkişafı ilə bağlı Dövlət Proqramının olduğunu deyən nazir Dövlət Film Fondunun yeni binasının açılışının da bu sahəyə yeni nəfəs verdiyini qeyd edib: “Ötən ildə onlarla festivallar, kino günləri, yeni adlar, yeni filmlər olub. Biz ötən müddət ərzində gənclərə və yeni prodüser mərkəzlərinin imkanlarının artırılmasına xüsusi diqqət yetirmişik. Ona görə də düşünürəm ki, prodüser mərkəzləri öz imkanlarını səfərbər etməli və yeni layihələr təqdim etməlidirlər”.
Nazir Azərbaycanın müstəqilliyindən sonra çəkilən filmlərin festivalının keçirilməsi ilə bağlı qərar qəbul edildiyini və növbəti ildə bu istiqamətdə fəaliyyət göstərəcəklərini deyib.
Tədbirdə “Bizim Kino” prodüser mərkəzinin çəkdiyi “Cavad xan” filminin təqdimatı olub. Əvvəlcə filmin yaradıcı heyəti tamaşaçılara təqdim olunub. Filmin ssenari müəllifi Sabir Rüstəmxanlı, quruluşçu rejissoru Rövşən Almuradlı, bəstəkarı Sərdar Fərəcovdur. Cavad Xan rolunu Nurəddin Mehdixanlı, Sisyanov rolunu isə Ramiz Novruz ifa edib.
Filmin nümayişindən əvvəl S. Rüstəmxanlı, N. Mehdixanlı, R. Almuradlı çıxış edərək filmlə bağlı təəssüratlarını bölüşüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR