Bank Of Baku

Azərbaycanlı şagird Gənc Pianoçuların II Beynəlxalq Müsabiqəsində 3-cü yeri tutub

Azərbaycanlı şagird Gənc Pianoçuların II Beynəlxalq Müsabiqəsində 3-cü yeri tutub
# 03 avqust 2009 12:57 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. R. Hacıyev adına 15 saylı Uşaq Musiqi Məktəbinin şagirdi Kamil Həsənov 22-28 iyul tarixlərində Suriyada keçirilmiş Gənc Pianoçuların II Beynəlxalq Müsabiqəsində 3-cü yeri tutaraq laureat adına və pul mükafatına layiq görülüb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycandan yalnız K. Həsənovun təmsil olunduğu müsabiqədə ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Bosniya və Herseqovina, Çin, Kanada, Suriya, Tunis və Ermənistandan 60-dan çox gənc pianoçu iştirak edib. Gənc pianoçu Azərbaycanın Suriyadakı səfirliyində də qəbul edilib və qiymətli hədiyyə ilə mükafatlandırılıb.

Qeyd edək ki, K. Həsənov may ayında Gürcüstanın Tiflis şəhərində keçirilmiş beynəlxalq müsabiqədə də laureat adına və bürünc medala layiq görülmüşdü.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR