Bank Of Baku

Almaniyada fəaliyyət göstərən institut Qobustan, Novruz bayramı və Qafqaz Amazonları barədə tədqiqat layihəsi hazırlayıb

Almaniyada fəaliyyət göstərən institut Qobustan, Novruz bayramı və Qafqaz Amazonları barədə tədqiqat layihəsi hazırlayıb
# 08 avqust 2009 10:15 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Almaniyada fəaliyyət göstərən Nizami Gəncəvi adına Mədəniyyət İnstitutu Qobustan, Novruz bayramı və Qafqaz Amazonları haqqında beynəlxalq tədqiqat layihəsi hazırlayıb. Mədəniyyət İnstitutundan APA-ya verilən məlumata görə, layihə çərçivəsində Amazonların həyatından bəhs edən filmin çəkilişi də nəzərdə tutulub. Layihənin məqsədi isə Qafqaz Amazonlarının həyatlarına dair araşdırma aparmaq, ölkəmizin qədim mədəniyyətini, eləcədə dünya mədəni irsinə aid olan Qobustan tarixini bütün dünyaya tanıtmaq və hazırda Qafqaza olan beynəlxalq marağı daha da genişləndirməkdən ibarətdir. Təbliğ olunacaq milli irs siyahısında türk dünyasında böyük rol oynayan Novruz bayramı və onun tarixi haqqında bilgilər də yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR