Bank Of Baku

Düşənbədə MDB iştirakçı ölkələrinin mədəni əməkdaşlıq üzrə Şurasının XXIV iclası keçirilir

Düşənbədə MDB iştirakçı ölkələrinin mədəni əməkdaşlıq üzrə Şurasının XXIV iclası keçirilir
# 10 avqust 2009 11:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Tacikistanın Düşənbə şəhərində MDB iştirakçı ölkələrinin Mədəni əməkdaşlıq üzrə Şurasının XXIV iclası öz işinə başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya veridiy məlumata görə, MDB iştirakçı ölkələrinin Mədəni əməkdaşlıq üzrə Şurasının XXIV iclası Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçirilir. İclasda iştirak etmək üçün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılığı altında nümayəndə heyəti Düşənbə şəhərində səfərdədir. Z. Əliyeva deyib ki, iclas zamanı MDB iştirakçı ölkələrinin mədəniyyət sahəsində əməkdaşlıq və MDB iştirakçı dövlətlərinin mədəniyyət və incəsənət sahəsində təhsilin inkişafı konsepsiyalarının layihələri, Hökumət başçıları Şurası tərəfindən təsdiq olunmuş MDB iştirakçı ölkələrinin 2009-2010-cu illər üçün humanitar əməkdaşlıq sahəsində prioritet tədbirlər Planının həyata keçirilməsi, mədəni irsin qorunması sahəsində mövcud qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR