Bank Of Baku

Qəbələdə Beynəlxalq Musiqi Festivalı və Piano Müsabiqəsi keçiriləcək

Qəbələdə Beynəlxalq Musiqi Festivalı və Piano Müsabiqəsi keçiriləcək
# 11 avqust 2009 10:05 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələdə Beynəlxalq Musiqi Festivalı və Piano Müsabiqəsi keçiriləcək. Fondun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu yarışmada dünyanın 15 ölkəsindən Azərbaycana gələn və müxtəlif ölkələri və mədəniyyətləri təmsil edən bir çox tanınmış musiqi xadimləri, istedadlı gənc ifaçılar iştirak edəcək. Avqustun 13-dən başlayacaq yarışma avqustun 23-dək davam edəcək. Bu müddətdə ifaçılıq sənətində tanınmış musiqiçilərin konsertləri ilə yanaşı, festival çərçivəsində gənc pianoçuların beynəlxalq müsabiqəsi keçiriləcək, onlar üçün dünya şöhrətli musiqi xadimlərinin ustad dərsləri təşkil olunacaq.

Konsertin təntənəli açılışında İsrailin Ranaana simfonik orkestri, Azərbaycan Dövlət Xor Kapellası və solistlərin ifasında Azərbaycan, rus və Avropa bəstəkarlarının əsərləri səsləndiriləcək. Festivalın bir günü isə Müslüm Maqomoyevin xatirəsinə həsr olunacaq. Festivalın təntənəli bağlanışı tanınmış klarnet ifaçıları Daniel və Aleksandr Qurfinkel, tenor Vyaçeslav Vaykoroviski, pianoçu Boris Berezoviski və dirijor Dmitri Yablonskinin ifaları ilə başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR