Bank Of Baku

Qazaxda VII-XII əsrlərə aid tikililər bərpa ediləcək

Qazaxda VII-XII əsrlərə aid tikililər bərpa ediləcək
# 12 avqust 2009 15:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Qazaxda VII-XII əsrlərə aid tikililər bərpa ediləcək. APA-nın Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, bunu Qazax rayon Mədəniyyət və Turizm Şöbəsinin rəisi Valeh Vəliyev deyib.
Onun sözlərinə görə, rayondakı VII əsrin yadigarı Didivan qülləsi bərpa olunacaq. Bundan başqa, VII-VIII əsrə aid olduğu güman olunan Alban kilsəsinin də bərpası planlaşdırılır: “Tarixi və mədəni abidələrin bərpası keçmişimizi yaşatmaq deməkdir. Bu səbəbdən bərpasına ehtiyac duyulan tikililərin siyahısını tərtib etmişik. Onlardan biri də XII əsrə aid olan Qırmızı Körpüdür. Bərpa işlərinə bu ildən başlanılması nəzərdə tutulur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR