Bank Of Baku

Qəbələdə Heydər Əliyev Fondunun dəstəyi ilə Beynəlxalq Musiqi Festivalı və Piano Müsabiqəsi başlayıb - FOTOSESSİYA

Qəbələdə Heydər Əliyev Fondunun dəstəyi ilə Beynəlxalq Musiqi Festivalı və Piano Müsabiqəsi başlayıb - <font color=red>FOTOSESSİYA</font>
# 13 avqust 2009 21:50 (UTC +04:00)
M. Əliyeva təbrik məktubunda festival iştirakçılarına və münsiflər heyətinə uğurlar arzulayıb, bu tədbiri böyük bayram hesab etdiyini bildirib: «Dünyanın tanınmış musiqi xadimlərinin iştirakı ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı və Pianoçuların müsabiqəsi həm gənc pianoçuların yetişməsi, həm də yeni istedadların üzə çıxmasına səbəb olacaq. Tanınmış pianoçuların ustad dərsləri keçməsi gənc musiqiçilər üçün böyük töhfədir». M. Əliyeva təbrikində festivalın Azərbaycan mədəniyyətinə öz töhfəsini verəcəyinə əminliyini qeyd edib.

Festivalın bədii rəhbəri, Azərbaycan Musiqi Xadimləri İttifaqının sədri Fərhad Bədəlbəyli iştirakçıları bu musiqi bayramı münasibəti ilə təbrik edib, tədbirin gedişinə uğur arzulayıb: «Biz xeyli vaxt idi ki, bu festivala hazırlaşırıq və nəhayət, bu baş tutdu. Mən inanıram ki, festival Azərbaycanın mədəniyyətinin təbliğinə xidmət edəcək”.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev də bu tədbirin ölkəmizin dünyada tanıdılması üçün bir vasitə olduğunu deyib və festivala uğurlar arzulayıb.

Festivalın açılışında İsrailin Rannana orkestri Üzeyir Hacıbəyovun Koroğlu uvertürasını ifa edib. Azərbaycan Dövlət Xor Kapellası çıxış edib.

Qeyd edək ki, 10 gün davam edəcək festivalın sonrakı günlərində Pianoçular müsabiqəsinin püşkatma mərasimi, Kamera Musiqi konserti, Azərbaycan caz axşamı, Müslim Maqomoyevimn xatirəsinə həsr olunmuş konsert keçiriləcək. Avqustun 19-da Pianoçular müsabiqəsinin finalı və qaliblərin mükafatlandırılması mərasimi təşkil olunacaq.

Avqustun 22-də iştirakçıların son konserti keçiriləcək.

Qeyd edək ki, festivala dünyanın 16 ölkəsindən iştirakçılar qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR