Bank Of Baku

Beynəlxalq Musiqi Festivalı və Piano Müsabiqəsi üç hissədən ibarət olacaq

Beynəlxalq Musiqi Festivalı və Piano Müsabiqəsi üç hissədən ibarət olacaq
# 13 avqust 2009 22:01 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli məlumat verib. Onun sözlərinə görə, ilk olaraq musiqi konsertləri keçiriləcək. Bu konsertlər “Qafqaz Resort” otelinin həyətində açıq keçiriləcək: “İkincisi, gənc pianoçuların müsabiqəsi avqustun 15-dən Qəbələ rayonunun Mədəniyyət Sarayında başlayacaq. Burada Amerika, Fransa, Meksika, Polşa, Rusiya, İtaliya, İspaniya və digərləri də daxil olmaqla ümumilikdə 16 ölkədən gənc pianoçular iştirak edəcək. Bu müsabiqədə 6 qalib olmalıdır, onlar avqustun 19-da elan olunacaq. Üçüncü mərhələ isə dünya şöhrətli professorların uşaqlara sinif ustalığı keçməsi ilə bağlı olacaq. Böyük bir sinifdə uşaqlar piano çalacaq və professor onlara dərs keçəcək”.

F. Bədəlbəyli bildirib ki, bu festivalın çox mürəkkəb proqramı var: “Burada dünya şöhrətli ustalar - İsrailin Ranaana simfonik orkestri, Daniel və Aleksandr Qurfinkel, tenor Vyaçeslav Vaykoroviski, dirijor Dmitri Yablonski və digərləri iştirak edirlər. Musiqi dərsləri isə uşaqlar üçün çox böyük bir hadisədir. Buna görə Heydər Əliyev Fonduna təşəkkür edirəm, Fondun dəstəyi olmadan bu festival baş tuta bilməzdi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR