Bank Of Baku

Azərbaycanın görkəmli bəstəkarı Zülfüqar Hacıbəylinin 125 illik yubileyi qeyd olunacaq

Azərbaycanın görkəmli bəstəkarı Zülfüqar Hacıbəylinin 125 illik yubileyi qeyd olunacaq
# 14 avqust 2009 15:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın görkəmli bəstəkarı Zülfüqar Hacıbəylinin 125 illik yubileyi ilə əlaqədar tədbir keçiriləcək. APA-nın məlumatına görə, yubiley tədbiri sentyabrın 20-də, “Bakı - İslam Mədəniyyətinin Paytaxtı – 2009” layihəsi çərçivəsində baş tutacaq. Tədbirdə Z. Hacıbəylinin “50 yaşlı gənc”, “On bir yaşlı gəlin” və “Evli subay” musiqili komediyalarından parçalar səslənəcək. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında isə bəstəkarın 1915-ci ildə yazdığı “Aşıq Qərib” operası təqdim olunacaq.
Xatırladaq ki, Zülfüqar Hacıbəyli Niyazi ilə birgə Azərbaycanın ilk səsli bədii filmlərindən biri olan “Almaz” filminə musiqi yazıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR