Bank Of Baku

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun oğlu “Eurovision-2009” yarışmasında Ermənistan təmsilçilərinə səs verib

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun oğlu “Eurovision-2009” yarışmasında Ermənistan təmsilçilərinə səs verib
# 14 avqust 2009 16:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun oğlu Turan Oruclu bu ilin mayında Moskvada keçirilən “Eurovision-2009” yarışmasında Ermənistan təmsilçilərinin lehinə səs verib. Bu faktı APA-ya açıqlamasında Ərəstun Oruclunun özü də təsdiqləyib. O deyib ki, oğlunun erməni təmsilçiləri dəstəkləmək üçün onların SMS nömrəsinə səs göndərməsindən bir gün sonra xəbər tutub: “Oğlum səhəri günü bildirdi ki, məktəbdən bir neçə uşaqla birlikdə erməni müğənnilərə səs göndəriblər. Mən də dedim: “Göndərmisiniz, göndərmisiniz də”. Bunu biləndə oğluma heç irad da tutmadım. Ona görə ki, mənim övladımın vətənpərvərliyi erməni müğənnisinə səs göndərməklə ölçülməməlidir. Mənim övladlarım kifayət qədər vətənpərvər uşaqlardır. Hamı da çox gözəl bilir ki, onların atasının mövqeyi nədir. Bu beynəlxalq bir musiqi müsabiqədir. Uşaqlar isə səs göndərmələrini belə izah etdilər ki, ermənilər Azərbaycana xal verməklə özlərini dünyada bir sivil millət kimi təqdim edib siyasət işlədirlər və bunu da təbliğat vasitəsi kimi izah edirlər. Biz də bu məqsədlə göndərmişik bu səsi. Əslində uşaq məntiqi ilə yanaşma məntiqli yanaşmadır”.

Qeyd edək ki, Ermənistan təmsilçilərinə səs göndərən daha bir Azərbaycan vətəndaşı olan Rövşən Nəsirli bunu “Eurovision-2009” müsabiqəsində Azərbaycanı Araş və Ayselin təmsil etməsinə etiraz olaraq ermənilərə səs verdiyi bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR