Bank Of Baku

Dünya şöhrətli dirijor və violonçel ifaçısı Dmitriy Yablonski Azərbaycanda yaşamağa qərar verib

Dünya şöhrətli dirijor və violonçel ifaçısı Dmitriy Yablonski Azərbaycanda yaşamağa qərar verib
# 18 avqust 2009 12:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Dünya şöhrətli dirijor və violonçel ifaçısı Dmitriy Yablonski birdəfəlik Azərbaycana köçəcək. Bunu APA-ya açıqlamasında Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli deyib. O bildirib ki, hazırda Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalında iştirak edən Dmitriy Yablonski bu qərarını tam dəqiqləşdirib: “Dmitriy Yablonski çox tanınmış musiqiçidir və vaxtaşırı olaraq Azərbaycana gəlir. Artıq burda mütəmadi işi də var. Budəfəki səfəri zamanı isə Azərbaycana köçüb burada birdəfəlik yaşayacağını qətiləşdirib. Artıq bir ildir ki, o, bunu düşünür və çox tez-tez Bakıya gəlir. O, Azərbaycanda özünə ev almağa hazırlaşır”.

Qeyd edək ki, Dimtriy Yablonski Moskvada anadan olub, 9 yaşından artıq orkestrdə debüt edib. 1977-ci ildə Nyu-Yorka gələrək təhsilini orada davam etdirib. Avropa, Asiya, Amerika ölkələrinin ən tanınmış konsert zallarında çıxış edib. 1999-cu ildə Moskva Filarmoniyasının Simfonik Orkestrində baş dirijor kimi təklif olunub. Musiqiçinin anası məşhur pianoçu, atası isə qaboy ifaçısıdır. Violonçeli 5 yaşından ifa etməyə başlayıb. Dmitriy Yablonski Belçikanın Milli Simfonik Orkestr, Fransanın Kamera Orkestrinin, Sankt-Peterburqun Simfonik Orkestrinin, Meksikanın Omedeus Orkestrinə dirijorluq edib. Onun idarə etdiyi konsertlərdə Monserat Kabalye, Roberto Alanya kimi məşhur ulduzlar çıxış ediblər. Bu günə kimi onun 50 kompakt diski işıq üzü görüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR