Bank Of Baku

Avropa Yayım Birliyi Azərbaycanda “Eurovision-2009”la bağlı başlanmış müzakirələrin araşdırılmasına başlayıb - EKSKLÜZİV

Avropa Yayım Birliyi Azərbaycanda “Eurovision-2009”la bağlı başlanmış müzakirələrin araşdırılmasına başlayıb - <font color=red>EKSKLÜZİV</font>
# 19 avqust 2009 08:22 (UTC +04:00)
Avropa Yayım Birliyinin araşdırmasına Ermənistan təmsilçilərinə səs göndərən Azərbaycan vətəndaşlarının Milli Təhlükəsizlik Nazirliyinə çağırılması da daxildir.

Bunu Avropa Yayım Birliyinin rəhbəri və “Eurovision” müsabiqəsinin icraçı direktoru Svantes Stokselius APA-ya eksklüziv açıqlamasında deyib: “Avropa Yayım Birliyi (AYB) mətbuatda yayılan xəbərlərdən, ittihamlardan və gəzən söz-söhbətlərdən xəbərdardır. Ötən həftə bu məsələ ilə bağlı araşdırmaya başlamışıq. Bu araşdırma zamanı bizim texniki həmkarlarımız, “Eurovision” müsabiqəsinin yerli yayım təşkilatçılarına məsələyə aydınlıq gətirmələri üçün imkan verəcək”.

S. Stokselius bildirib ki, araşdırma bitmədən məsələyə münasibət bildirmək mümkün deyil: “Araşdırma tam bitdikdən sonra Avropa Yayım Birliyi tərəfindən məsələyə münasibət bildiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR