Bank Of Baku

Azərbaycanın Masallı rayonunda son tunc-dəmir dövrünə aid maddi mədəniyyət nümunələri tapılıb

Azərbaycanın Masallı rayonunda son tunc-dəmir dövrünə aid maddi mədəniyyət nümunələri tapılıb
# 21 avqust 2009 16:25 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Azərbaycanın Masallı rayonu ərazisində son tunc-dəmir dövrünə aid maddi mədəniyyət abidələri aşkarlanıb. Masallı rayon Mədəniyyət və Turizm Şöbəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, rayonun Təzə Alvadı kənd sakini, 1969-cu il təvəllüdlü Habil Şəkil oğlu Zeyniyev ona məxsus həyətyanı torpaq sahəsində quyu qazarkən 1,75 metrlik dərinlikdə basdırılmış müxtəlif məişət məmulatlarına və döyüş silahlarına rast gəlib. Tapıntı barədə H.Zeyniyev dərhal yerli icra strukturlarını, onlar isə öz növbəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunu məlumatlandırıblar. İnstitutun ekspedisiya rəhbəri, tarix elmləri namizədi Abuzər Ələkbərovun başçılıq etdiyi ekspedisiya qrupu avqustun 21-də sözü gedən əraziyə baxış keçirib. Məlum olub ki, Masallı sakininin qazdığı yer eramızdan əvvəl XIV əsrdə yaşamış naməlum sərkərdənin qəbridir. Qəbirdə sərkərdə ilə bir yerdə basdırılmış müxtəlif maddi mədəniyyət abidələri, o cümlədən 2 xəncər, döyüş qılıncı, məişət qabları, küplər, tiyələr və s. son tunc-dəmir dövrünə aid edilib. A.Ələkbərov ərazidə tədqiqat işlərinin davam etdiriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR