Bank Of Baku

Beynəlxalq Musiqi Festivalı çərçivəsində muğam axşamı təşkil edilib

Beynəlxalq Musiqi Festivalı çərçivəsində muğam axşamı təşkil edilib
# 22 avqust 2009 07:19 (UTC +04:00)
Qəbələ. Şahnəzər Bəşirov-APA. Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Musiqi Xadimləri İttifaqının təşkilatçılığı ilə Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 21-də muğam axşamı təşkil edilib. APA-nın yerli bürosunun xəbərinə görə, muğam axşamında Akademik Opera və Balet Teatrının solistləri, xalq artistləri Mənsum İbrahimov və Aygün Bayramova solo-proqramla çıxış edib. Onları əməkdar artistlər - tarzən Elçin Həşimov və kaman ustası Elnur Əhmədov müşayiət edib.

Tanınmış xanəndələr konsertdə Azərbaycan muğamlarını, xalq və bəstəkar mahnılarını ifa ediblər.

Xatırladaq ki, bu gün Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi keçiriləcək. Saat 20:30-da Qəbələdə İsrailin məşhur Ranaana Simfonik Orkestrinin müşayiəti ilə solistlər Daniel və Aleksandr Qurfinkel (klarnet), Vyaçeslav Vaynorovski (tenor) və Boris Berezovskinin (piano) çıxışı nəzərdə tutulub.

Konserti tanınmış dirijor Dmitri Yablonski idarə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR