Bank Of Baku

Azərbaycanlı müğənni Səbinə Babayeva VIII “Amberstar 2009” beynəlxalq müsabiqəsində qalib olub

Azərbaycanlı müğənni Səbinə Babayeva VIII “Amberstar 2009” beynəlxalq müsabiqəsində qalib olub
# 22 avqust 2009 10:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanlı müğənni Səbinə Babayeva Latviyada keçirilən VIII “Amberstar 2009” beynəlxalq televiziya müsabiqəsində uğurla çıxış edib. APA-nın məlumatına görə, gənc sənətçi müsabiqənin “Modernc Classic” nominasiyasında qalib olub. Azərbaycanlı müğənninin iştirak etdiyi bu beynəlxalq müsabiqənin münsiflər heyətində Latviya Dövlət Opera Teatrının solisti Yeva Vilyuma, italiyalı bəstəkar və müğənni Karlo Kori, Finlandiyanın Dövlət Televiziyasının prodüseri Tahir Əliyev, Rusiyanın əməkdar artisti Boris Moiseyev, Rusiyanın xalq artisti Nikolay Baskov, Riqa şəhər Dumasının deputatı, mədəniyyət və təhsil üzrə komitəsinin nümayəndəsi Ruslan Pankratov və başqaları təmsil olunublar. Münsif üzvləri arasında azərbaycanlı müğənniyə ən çox yüksək balı Yeva Vilyuma, Ruslan Pankratov, Nikolya Baskov və Tahir Əliyev verib.

Qeyd edək ki, beynəlxalq musiqi müsabiqəsində Azərbaycana qalibiyyət qazandıran
Səbinə Babayeva bu vaxta kimi “Slavyanski bazar-1999”, “Qızıl şlyager” və “Yalta 2001” beynəlxalq musiqi festivallarında da ölkəmizi təmsil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR