Bank Of Baku

Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalı başa çatıb

Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalı başa çatıb
# 23 avqust 2009 10:05 (UTC +04:00)
APA-nın yerli bürosunun xəbərinə görə, avqustun 22-də Qəbələdəki “Qafqaz Resort” otelində festivalın təntənəli bağlanış mərasimi keçirilib. Bağlanış mərasimində Milli Məclisin deputatı Fəttah Heydərov, Azərbaycan Musiqi Xadimləri İttifaqının sədri, festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli, İsrailin ölkəmizdəki səfiri Mixail Lavon Lotemi çıxış edərək, bu musiqi bayramının əhəmiyyətindən danışıblar.

Azərbaycan mədəniyyətinin tanıdılması və inkişafı istiqamətində həyata keçirilən mühüm layihələrdən biri olan Beynəlxalq Musiqi Festivalının Qəbələdə keçirilməsi də təsadüfi deyil. Bu tədbir Qəbələnin turizm potensialının tanıdılması, regionlardakı inkişafın nümayiş etdirilməsi və ən nəhayət, zəngin ənənələrə malik Azərbaycan musiqisinin beynəlxalq səviyyədə təbliğ olunması baxımından əhəmiyyətlidir.

Tədbirdə vurğulanıb ki, festivalın proqramına uyğun olaraq 10 gün ərzində dünyanın 15 ölkəsindən gəlmiş və müxtəlif mədəniyyətləri təmsil edən bir çox tanınmış musiqi xadimləri, istedadlı gənc ifaçılar bacarıqlarını nümayiş etdiriblər.

Festivalın bağlanış mərasimində İsrailin məşhur Simfonik Orkestrinin müşayiəti ilə solistlər Daniel və Aleksandr Qurfinkel (klarnet), Vyaçeslav Vaynorovski (tenor) və Boris Berezovskinin (piano) çıxış edib. Konserti tanınmış dirijor Dmitri Yablonski (ABŞ) idarə edib.

Sonda musiqi bayramı münasibətilə atəşfəşanlıq olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR