Bank Of Baku

Naxçıvanda xalq yaradıcılığı ilə məşğul olan şəxslərin kataloqu hazırlanır

Naxçıvanda xalq yaradıcılığı ilə məşğul olan şəxslərin kataloqu hazırlanır
# 25 avqust 2009 08:17 (UTC +04:00)
Naxçıvan. Elmar Hüseynov – APA. Naxçıvanın müxtəlif bölgələrində yaşayan və xalq yaradıcılığının müxtəlif sahələri ilə məşğul olan şəxslərin kataloqu hazırlanır. Bu barədə APA-nın Naxçıvan bürosuna Naxçıvan MR mədəniyyət və turizm nazirinin müavini Məhəmməd Həsənov məlumat verib.
Onun sözlərinə görə, Naxçıvan “Naxçıvan MR-də xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” sərəncama əsasən xalq yaradıcılığının və müxtəlif sənətlərin inkişaf etdirilməsi üçün tədbirlərin həyata keçirilməsinə başlanılıb. Belə ki, regionda xalq yaradıcılığı və sənəti ilə məşğul olan şəxslərin iş şəraiti öyrənilir və lazımi köməkliklər göstərilir. Artıq həmin şəxslər üçün hazırlanan kataloqlarda onların doğulduğu, yaşadığı yer, ünvan, məşğul olduğu sənət və digər məlumatlar yer alacaq.
Qeyd edək ki, hazırda Naxçıvanın müxtəlif bölgələrində xalq yaradıcılığının ayrı-ayrı sahələri ilə - ağacişləmə, dülgərlik, toxuculuq, misgərlik, zərgərlik, xalçaçılıq, boyaçılıq, papaqçılıq, bədii tikmə, dəmirçilik və döymə sənəti ilə məşğul olan sənətkarlar var. Onların əl işlərindən ibarət sərgilərin də təşkil edilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR