Bank Of Baku

Azərbaycanın birinci xanımının həyat və fəaliyyətinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib - FOTOSESSİYA

Azərbaycanın birinci xanımının həyat və fəaliyyətinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 25 avqust 2009 10:46 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, kitab Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun və Mədəniyyətin Dostları Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın fəaliyyətinə həsr olunduğunu bildirib: “Bu kitab Mehriban xanım Əliyevanın xalqımızın mədəniyyətinin, mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması sahəsindəki fəaliyyətinə həsr olunub. Kitabda eyni zamanda Mehriban Əliyevanın YUNESKO və İSESKO kimi mötəbər təşkilatlarda apardığı humanitar işlərə də geniş yer ayrılıb”.

Nazir, eləcə də, Azərbaycanın birinci xanımının gördüyü xeyirxah işlərdən, milli musiqinin, ədəbiyyatının qorunması və təbliği, kimsəsiz və xəstə uşaqlara göstərdiyi geniş miqyaslı köməkliyindən söz açıb. O qeyd edib ki, bu nəşr Mehriban Əliyeva haqqında yazılmış “Mədəniyyətimizin və mədəni incilərimizin banisi” kitabının davamı, yenidən işlənmiş, əlavələr edilmiş və rus dilinə tərcümə olunmuş variantıdır.

Mədəniyyət və turizm naziri onu da vurğulayıb ki, hazırda rəhbərlik etdiyi nazirlik tərəfindən bu kitabın ingilis dili versiyası da hazırlanır: “Artıq Azərbaycan və rus dillərində nəşr edilən bu dəyərli kitabın, yaxın vaxtlarda ingilis versiyası da çap olunacaq. Kitabda eyni zamanda Azərbaycanın birinci xanımının çıxışları da öz əksini tapıb”.

Tədbirdə çıxış edən Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Nizami Cəfərov Mehriban Əliyevanın mədəni irsin qorunması sahəsində gördüyü işlərdən danışıblar.

Xalq artisti Arif Babayevin çıxışı birinci xanımın Azərbaycan musiqisinin, xüsusən muğamlarımızın təbliği, qorunması və yeni istedadların üzə çıxarılması istiqamətində apardığı məqsədyönlü tədbirlərdən söz açıb.

Tədbirin keçirildiyi zalda Mehriban Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş kitab sərgisi də təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR