Bank Of Baku

Nizami Cəfərov: “Prodüser işi Azərbaycanda çox aşağı səviyyədədir”

Nizami Cəfərov: “Prodüser işi Azərbaycanda çox aşağı səviyyədədir”
# 25 avqust 2009 11:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Prodüser işi Azərbaycanda çox aşağı səviyyədədir. Həm nəğmə oxuyub, həm də özünü tanıtdırmaq mümkün deyil. Buna görə də Azərbaycan musiqisinin dünyaya çıxışmasında problemlər var. Bu problemləri həll etmək üçün isə prodüser işini gücləndirmək və inkişaf etdirmək lazımdır”. APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin Mədəniyyət məsələləri daimi komitəsinin sədri, millət vəkili Nizami Cəfərov deyib.

Komitə sədri bildirib ki, mədəniyyət mənəvi gəlirdən başqa, maddi gəlir də gətirməlidir: “Bu maddi gəlirlə də mədəniyyət öz inkişafını təmin etməlidir. Ancaq mənəvi gəlirlə inkişaf etmək, dünyaya çıxmaq və güclənmək qeyri-mümkündür”.

N. Cəfərov onu da qeyd edib ki, hər oxuyan müğənni, hər rəsm çəkməyi bacaran isə rəssam ola bilməz.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR